Bürüncdən sonra yeni medal ümidi: Bu gün üç idmançımız yarışacaq!
Özbəkistanda keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha üç təmsilçisi tatamiyə çıxacaq.
TodayPress TV xəbər verir ki, kişilərin yarışında Mehdi Abbasov və Cəsur İbadlı (hər ikisi 81 kq) mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.
M.Abbasov ilk görüşündə italiyalı Edoardo Mikele Russo, C.İbadlı isə küveytli Anas Buqammazla qarşılaşacaq.
Qızların Daşkənd turnirində isə Hanna Zaytseva (63 kq) qüvvəsini sınayacaq. O, 1/16 final mərhələsində Gürcüstan təmsilçisi Mariam Natelauri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi mundialın ilk yarış gününü bir bürünc medalla başa vurub. Məhəmməd Musayev (66 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib, Xədicə Qədəşova (57 kq) isə beşinci yeri tutub.
Namiq HUN