Yaşın futbola mane olmadığını göstərdi: Tremulinas qayıtdı!
Fransa millisinin 40 yaşlı sabiq futbolçusu Benua Tremulinas karyerasını bərpa edib.
TodayPress TV xəbər verir ki, 2019-cu ildə futbolçu karyerasını başa vurduğunu açıqlayan müdafiəçi yenidən yaşıl meydanlara qayıdıb. O, Fransanın altıncı divizionunda çıxış edən “Bordo” klubunda oynayacaq.
Klubun yaydığı açıqlamada Tremulinasın artıq komanda ilə ümumi məşqlərə başladığı bildirilib. “Bordo” rəhbərliyi futbolçunun dönüşündən məmnun olduqlarını və bu çətin, lakin gözəl yolda ona dəstək verəcəklərini vurğulayıb.
Peşəkar karyerası ərzində Tremulinas “Bordo”, Kiyev “Dinamo”su, “Sent-Etyen” və “Sevilya” klublarında çıxış edib. Fransa millisinin heyətində isə 5 oyun keçirib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Namiq HUN