"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununu keçirdi

"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununu keçirdi
19.11.2026 20:47 İdman

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.

Xatırladaq ki, "Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" klubunu məğlub edib.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər