“Baks” çöküş yaşayır: NBA tarixinin ən zəif komandası ola bilər!

“Baks” çöküş yaşayır: NBA tarixinin ən zəif komandası ola bilər!
20.11.2026 08:57 İdman

“Miluoki Baks” NBA tarixində bir mövsüm ərzində qələbə faizinə görə antirekord müəyyənləşdirmək təhlükəsi ilə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə “Basketball Forever” nəşri məlumat yayıb.

2026/2027-ci illər mövsümündə keçirdiyi 15 oyundan sonra “Miluoki”nin cəmi bir qələbəsi var. Komanda 14 dəfə məğlub olub. Əgər kollektiv hazırkı nəticə göstəricisini (6,7%) qoruyub saxlasa, 82 matçlıq müntəzəm çempionatı təxminən 5 qələbə və 77 məğlubiyyətlə başa vura bilər.

NBA tarixində qələbə faizinə görə antirekord “Şarlott Bobkets”ə məxsusdur. Komanda 2011/2012-ci illər mövsümündə lokaut səbəbindən qısaldılmış çempionatı 7 qələbə və 59 məğlubiyyətlə (10,6%) tamamlayıb.

82 oyunluq tam mövsümdə isə ən zəif nəticəni 1972/1973-cü illərdə “Filadelfiya” göstərib. Komanda həmin çempionatda 9 qələbə qazanıb, 73 dəfə məğlub olub.

Qeyd edək ki, “Miluoki” artıq ilk 15 qarşılaşmanın nəticələrinə görə klub antirekordunu müəyyənləşdirib. Komanda son matçında “Mayami Hit”ə 130:137 hesabı ilə uduzaraq ardıcıl 11-ci məğlubiyyətini alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər