Ukrayna danışıqlarında irəliləyiş əldə olunur, Rusiyaya qarşı sanksiyalar yumşaldılır
Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişənin nizamlanmasında irəliləyiş əldə olunduqca Rusiyaya qarşı sanksiyaların ləğv edilə biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Berlində Ukrayna üzrə könüllülər koalisiyasının görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.
“Məqsəd əvvəlki kimi qalır: təhlükəsiz Avropada suveren Ukrayna. Ərazi məsələləri üzrə qarşılıqlı anlaşmanın başlanğıc nöqtəsi isə təmas xətti olmalıdır.
Ukrayna Avropa yolunda irəliləmək imkanına malik olmalı və bərpa işlərində yardıma arxalana bilməlidir. Bunun müqabilində Rusiyaya qarşı sanksiyaların müəyyən şərtlər əsasında mərhələli şəkildə ləğvi mümkün ola bilər”, – deyə o vurğulayıb.
Merts xatırladıb ki, daha əvvəl Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı mümkün danışıqlarda Avropanı “Avropa beşliyi”nin (Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa) və Aİ institutlarının təmsil etməsi barədə qərar qəbul edilib.
O bildirib ki, Berlində Avropa ölkələrinin, ABŞ-nin və Ukraynanın müşavirlərinin görüşü keçiriləcək.
Aysel Mətləb