Yeni Kaledoniya sahillərində zəlzələ oldu
Fransanın dənizkənarı ərazisi olan Yeni Kaledoniya sahillərində, Sakit Okeanda 5,6 maqnitudada zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Geologia Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar 20 noyabrda, Bakı vaxtı ilə saat 4:49-da qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə əsasən, "çox güclü" kimi təsnif edilir.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.