ABŞ-nin daxili şəbəkəsindəki problem hələ də davam edir

ABŞ-nin daxili şəbəkəsindəki problem hələ də davam edir
20.11.2026 07:00 Dünya

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili şəbəkəsindəki nasazlıq hələ də aradan qaldırılmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, texniki problemlər səbəbindən agentliyin bir sıra əməkdaşları evdən işləməyə məcbur qalıblar.

Telekanalın məlumatına görə, nasazlıq müəyyən çətinliklər yaratsa da, NSA-nın dünya üzrə radioelektron kəşfiyyat fəaliyyətinə və kibertəhlükəsizliyin təmin edilməsinə təsir göstərməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər