Zelenskidən Putinə açıq çağırış: “Mənimlə danış!”

Zelenskidən Putinə açıq çağırış: “Mənimlə danış!”
19.11.2026 23:38 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələlərini şəxsən onunla müzakirə etməyi təklif edib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Zelenski bildirib ki, Putin ərazi güzəştləri barədə danışmaq istəyirsə, bunu birbaşa onunla müzakirə etməlidir.

“Putin ərazilər barədə danışmaq istəyirsə, mənimlə danışsın. Mənimlə danışmaq istəmirsən? O zaman, yəqin ki, bu məsələ sənin üçün o qədər də vacib deyil”, – deyə Zelenski vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər