Yeni Dehli və Tokio hərbi ittifaqı gücləndirir: Birgə təlimlər və kəşfiyyat mübadiləsi
Yeni Dehli və Tokio birgə təlimlər və informasiya mübadiləsi də daxil olmaqla, müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, müvafiq razılaşma Tokioda iki ölkənin müdafiə və xarici işlər nazirliklərinin nümayəndələrinin görüşündə əldə olunub.
Nazirlər müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığın inkişafını alqışlayıb, həmçinin müdafiə istehsalı və texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Tərəflər birgə hərbi təlimlər keçirmək, müdafiə potensialını gücləndirmək və informasiya mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Bundan əlavə, Hindistan və Yaponiya Hind-Sakit okean regionunda sülh və sabitliyin qorunmasına birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.
Gültac Mehdi̇zadə