Azərbaycan şahmatçılarından dünya çempionatına möhtəşəm START

Azərbaycan şahmatçılarından dünya çempionatına möhtəşəm START
20.11.2026 01:32 İdman

Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelada təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatında ilk görüşlərini qələbə ilə başa vurublar.

TodayPress TV xəbər verir ki, Karakas şəhərində keçirilən yarışın açıq kateqoriyasında çıxış edən Xaqan Əhməd start turunda ev sahibi ölkənin şahmatçısı Kristian Qabriel Allen Leydens üzərində qələbə qazanıb.

Qızların mübarizəsində isə Lalə Hüseynova litvalı Smilte Tsibulskite ilə görüşdən üstün ayrılıb.

Təmsilçilərimizin ikinci turdakı rəqibləri də bəllidir. Xaqan Əhməd perulu Fabian Rikardo Reyes Zavaleta, Lalə Hüseynova isə paraqvaylı Renata Valentina Mayereqqer Qonsaleslə üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan dünya çempionatı noyabrın 27-də başa çatacaq.

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər