Azərbaycanla sülh müqaviləsi günlər içində imzalana bilər! - Simonyan
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı vaxtı açıqladı.
TodayPress TV bu barədə erməni mediasına istinadla xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkə Konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması cəmi bir neçə gün çəkə bilər.
O, İctimai Televiziyaya müsahibəsində Azərbaycanla danışıqlarda iştirak etdiyini vurğulayaraq müqavilənin imzalanmasını yaxın perspektivdə mümkün hesab etdiyini deyib.
Kübra Musayeva