Tramp Kim Çen Inla görüşəcək? ABŞ prezidentindən AÇIQLAMA

Tramp Kim Çen Inla görüşəcək? ABŞ prezidentindən AÇIQLAMA
20.11.2026 08:54 Dünya

ABŞ prezidenti Donald Tramp gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" jurnalisti Qabe Qutyerrezin sosial şəbəkədə paylaşdığı məlumata görə, Tramp müsahibə zamanı Kimlə nə vaxtsa görüşəcəyini bildirib.

ABŞ lideri Asiyaya səfəri çərçivəsində çoxsaylı görüşlər keçirməli olduğunu və bu səbəbdən Kim Çen Inla danışıqların təşkilinin mümkün olmadığını deyib.

Qeyd edək ki, Trampın noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində Şimali Koreya lideri ilə görüşəcəyi gözlənilirdi. "The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ prezidenti Pxenyanın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi planlaşdırırdı.

Tramp daha əvvəl Kim Çen Inı dostu adlandırıb və onunla münasibətlərini müsbət qiymətləndirib. ABŞ prezidenti həmçinin Şimali Koreya liderinin nüvə silahına malik olduğunu nəzərə alaraq, onunla yaxşı münasibət saxlamağın vacibliyini vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər