İnfantinoya qarşı futbol üsyanı? Roten ulduzları hərəkətə çağırdı!
PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten dünya futbolunun ulduzlarını FIFA prezidenti Canni İnfantinoya qarşı kollektiv etiraz aksiyasına qoşulmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Rotenin fikrincə, İnfantinonun vəzifədən getməsi üçün aparılacaq mübarizəyə məhz dünyanın tanınmış futbolçuları rəhbərlik etməlidir. O, Kriştianu Ronaldu, Lionel Messi və Kilian Mbappenin bu prosesdə əsas rol oynaya biləcəyini bildirib:
“Futbol futbolçulara məxsusdur. Əgər ulduzlar üsyan etsələr və birləşsələr... Mən Kriştianu Ronaldu, Lionel Messi və Kilian Mbappeni nəzərdə tuturam. İlk növbədə, oynamağı dayandırmaq lazımdır. 15 günlük tətil elan edin və İnfantinonun necə vəzifədən uzaqlaşdırıldığını görəcəksiniz”.
Sabiq futbolçu hesab edir ki, FIFA-nın hazırkı prezidenti idmanın maraqlarından daha çox biznes məsələlərinə üstünlük verir. Onun sözlərinə görə, çoxsaylı qalmaqallara baxmayaraq, İnfantino qarşıdakı seçkilərdə favoritlərdən biri olaraq qalır.
Namiq HUN