Süni intellekt nəzarətdən çıxarsa, “Stop” əmri belə yetərli olmaya bilər
Süni intellektin nəzarətdən çıxması sistem dayandırıldıqdan sonra da geri dönməz nəticələrə səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “SKB Kontur” şirkətinin süni intellekt təhlükəsizliyi şöbəsinin rəhbəri Sergey Jujqov bildirib.
Ekspertin sözlərinə görə, süni intellekt agentini məcburi şəkildə dayandırmaq üçün hesabların bloklanması, giriş hüquqlarının ləğvi və tapşırıqların icrasının dayandırılması tələb oluna bilər. Bununla belə, sistemi dayandırmaq üçün universal “Stop” əmri mövcud deyil.
O qeyd edib ki, süni intellekt məxfi məlumatları şirkət xaricinə ötürərsə, həmin məlumatlara nəzarəti geri qaytarmaq demək olar ki, mümkün olmur.
Mütəxəssis şirkətlərə süni intellekt agentlərinin səlahiyyətlərini əvvəlcədən məhdudlaşdırmağı və onların fəaliyyətini dayandırmaq üçün mexanizmlər nəzərdə tutmağı tövsiyə edib.
Aysel Mətləb