İran tankerləri ABŞ blokadasını yaracaq?

İran tankerləri ABŞ blokadasını yaracaq?
20.11.2026 08:47 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı media orqanı İran tankerlərinin Çinə yola düşməyə hazırlaşdığını iddia edir.

TodayPress TV xəbər verir ki, bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Bir tanker Körfəzdə İran xam neftini yükləməyə başlayıb.

Məlumata görə, Tehran neft daşımalarına hücum ediləcəyi təqdirdə Körfəzdəki neft infrastrukturuna cavab zərbələri endirəcəyi ilə hədələyir.

Gərginliyin daha da artması Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər üçün ciddi risklər yarada bilər.

Bu hadisələr Çində keçirilən Tramp–Si–Putin sammitindən dərhal sonraya təsadüf edir.

Körfəzdən neft ixracı ilə bağlı yeni və təhlükəli qarşıdurma yaxınlaşa bilər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər