İtaliyada hava limanı iki naməlum drona görə bağlandı
İtaliyanın Genuya şəhərindəki Kristof Kolumb adına hava limanı iki naməlum dronun aşkarlanması səbəbindən təyyarələrin qəbulunu və uçuşunu müvəqqəti dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Il Messaggero" nəşri məlumat yayıb.
Məlumata görə, hava limanı noyabrın 19-da saat 19:00-dan 23:00-dək (Bakı vaxtı ilə 21:00–01:00) fəaliyyət göstərməyib. Uçuşlara nəzarət qülləsində iki dronun müşahidə edilməsi Romaya uçmağa hazırlaşan ITA Airways aviaşirkətinin təyyarəsinin havaya qalxmasının dayandırılmasına səbəb olub.
Polis və İtaliya Milli Mülki Aviasiya İdarəsi dronların mənşəyini araşdırır. Bildirilir ki, uçuş aparatları daha sonra radarlardan itib.
Aysel Mətləb