Böyük səhnə, böyük sözlər: Sinner təəssüratlarını yazdı

Böyük səhnə, böyük sözlər: Sinner təəssüratlarını yazdı
21.04.2026 15:05 İdman

Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner “Laureus World Sports Awards – 2026” mərasimindən sonra sosial şəbəkədə paylaşım edib.

TodayPress TV xəbər verir ki, Sinner prestijli mükafat gecəsi ilə bağlı təəssüratlarını belə ifadə edib:

“Belə inanılmaz namizədlərlə eyni axşamı paylaşmaq böyük şərəfdir. Bütün qalibləri təbrik edirəm! Təşəkkür edirəm”.

Qeyd edək ki, o, “İlin idmançısı” nominasiyasında mübarizə aparsa da, qalib ispaniyalı tennisçi Karlos Alkaras olub. Namizədlər arasında həmçinin  futbolçu Usman Dembele, isveçli yüngül atlet Arman Dyuplantis, ispan motobayker Mark Markes və sloveniyalı velosipedçi Tadey Poqaçar da yer alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər