“Börnli” üçün acı son — Premyer Liqa ilə vidalaşdı!

“Börnli” üçün acı son — Premyer Liqa ilə vidalaşdı!
23.04.2026 14:01 İdman

Cari mövsüm İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda məlum olub.

TodayPress TV xəbər verir ki, 2025/26 mövsümünün sonunda “Börnli”  klubunun Çempionşipə düşəcəyi dəqiqləşib.

Bu ayrılıq XXXIV turda “Mançester Siti”yə (0:1) məğlubiyyətdən sonra məlum olub.

Hazırda “Börnli” 13 xalla Premyer Liqanın 17-ci komandasıdır.

Qeyd edək ki, daha əvvəl “Vulverhempton” klubunun Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər