Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu oldu

Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu oldu
23.04.2026 01:03 İdman

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.

TodayPress TV xəbər verir ki, Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər