Azərbaycan Kuboku: “Zirə” adını finala yazdırdı

Azərbaycan Kuboku: “Zirə” adını finala yazdırdı
21.04.2026 21:17 İdman

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

TodayPress TV xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər