Azərbaycan idmançıları Avropa Yeniyetmələr Kubokunda iştirak etdilər

Azərbaycan idmançıları Avropa Yeniyetmələr Kubokunda iştirak etdilər
13.07.2025 22:00 İdman

Triatlon üzrə Azərbaycan millisinin üzvləri ilk dəfə triatlon üzrə Avropa Yeniyetmələr Kubokunda iştirak ediblər.

TodayPress TV xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda keçirilən ənənəvi yarışda 34 oğlan və 20 qız idmançı qüvvəsini sınayıb.

Azərbaycan idmançılarından ən yüksək nəticəni 17-ci yeri tutan Leyla Abduləzizova göstərib. Digər yeniyetmə triatlonçularımız Əli Rzazadə (22-ci yer), Tamerlan Musayev (26), Səid Əzimov (29), Teymur Cəfərov (30) və Riad Abbaszadə (33) də beynəlxalq yarış təcrübəsi qazanıblar.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər