Azərbaycan güləşində uğurlu gün: final və medal şansları!
İdman
22.04.2026 15:44
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, Qurbanova 1/4 final mərhələsində almaniyalı Elena Brügger üzərində qələbə qazanıb.
Elnurə Məmmədova (50 kq) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskayaya məğlub olub.
Qeyd edək ki, bu gün, həmçinin iki yunan-Roma güləşçimiz qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.
Həsrət Cəfərov (67 kq) finalda türkiyəli Murat Fıratla, Qurban Qurbanov (82 kq) isə Adlet Tyulyubaevlə (UWW) Avropa çempionatının qızıl medalı uğrunda qarşılaşacaq.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda Suner Konunovlə (UWW) güləşəcək.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) Tirana turnirində bürünc medal qazanıblar.
Namiq HUN
tag: Günay Qurbanova,Güləş,Final,Medal,Todaypress.tv,
