Avropa çempionatı: Həsrət Cəfərov və Qurban Qurbanov finala yüksəldi
İdman
21.04.2026 19:55
Azərbaycanın yunan-Roma güləşçiləri Qurban Qurbanov və Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
TodayPress TV xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qurban Qurbanov yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsrət Cəfərov yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Digər güləşçi Nihat Məmmədli (60 kq) isə aprelin 22-si bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
tag: Avropa ,Çempionat,Azərbaycan,Güləş,TodayPress TV,
