Arşavin “Real”ın problemlərini açıqladı

İdman

24.12.2025 10:16

Keçmiş rusiyalı futbolçu Andrey Arşavin “Barselona”nın niyə indiki “Real”dan üstün olduğunu açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Match TV” kanalı məlumat yayıb. 

“Hazırda “Barselona” ötən mövsümdəki oyununu xatırladır. Komanda özünəinamlı görünür. Oyun strukturu artıq aydındır. Onların necə qol vurmaq və qalib gəlmək istədikləri bəllidir. Bu baxımdan onlar indiki “Real Madrid”dən üstündürlər. Çünki Xabi Alonso hələ komandaya tam nəzarət mexanizmini tapa bilməyib. Onun Almaniyanın “Bayer 04” klubunda qurduğu futbolu burada hətta yaxın səviyyədə də görmək mümkün deyil. Qollar əsasən aparıcı futbolçuların fərdi ustalığı hesabına vurulur. Bütün bunlara görə “Barselona” “Real” üzərində üstünlüyə malikdir”, - deyə Arşavin bildirib.

Qeyd edək ki, hazırda 18 oyundan 46 xal toplayan “Barselona” La Liqanın lideridir. “Real” isə eyni sayda oyundan sonra 42 xalla ikinci pillədə qərar tutub.

Namiq HUN

TodayPress TV

tag: Andrey Arşavin,Barselona,Real Madrid,Klub,Todaypress.tv,