Arbeloa Vinisiusun gələcəyi ilə bağlı ümidlə danışdı

İdman

22.04.2026 13:48

“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa cinah hücumçusu Vinisius Juniorun müqaviləsinin uzadılması ilə bağlı suala cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

“Vini¬siusla müqavilənin uzadılması? Ümid edirəm və arzulayıram ki, o, burada – “Real”da qalsın. Azarkeşlər onu sevir”, – deyə Arbeloa bildirib.

Forvardın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalı braziliyalı futbolçunun bazar dəyərini 150 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Vinisius cari mövsüm klub səviyyəsində 48 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Real,Madrid,Alvaro,Arbeloa,Todaypress.tv,