Alman hücumçu “Milan” yolunda
İdman
23.12.2025 09:15
“Vest Hem” klubunun hücumçusu Niklas Fyullkruq “Milan”a transferi öncəsi tibbi müayinədən keçmək üçün İtaliyaya gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marçio məlumat yayıb.
Mənbənin məlumatına görə, “Milan” London təmsilçisi ilə 32 yaşlı hücumçunun mövsümün sonuna qədər icarəyə götürülməsi və sonradan satınalma opsiyası ilə bağlı razılıq əldə edib. Gözlənilir ki, yaxın vaxtlarda bütün rəsmi prosedurlar tamamlanacaq və alman futbolçu rəsmən “rossoneri”nin üzvü olacaq.
Qeyd edək ki, Fyullkruq cari mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Forvard ümumilikdə meydanda 413 dəqiqə olub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Vest Hem,Niklas Fyullkruq,Milan,Transfer,Todaypress.tv,
