“Alaves” oyunu “Real”a baha başa gəldi!
“Real Madrid” klubu müdafiəçi Eder Militao və hücumçu Arda Gülerin zədələri ilə bağlı rəsmi açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu La Liqanın XXXIII turunda Alavesə (2:1) qarşı keçirilən oyunu başa vura bilməyib.
Klubun açıqlamasına görə, Arda Gülerdə sağ ayağın budun arxa əzələsinin ikibaşlı əzələsində zədə müəyyən olunub.
Əlavə tibbi müayinədən sonra futbolçunun ciddi əzələ zədəsi səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi məlum olub.
Eder Militaoda isə sol ayağın budun arxa əzələsinin ikibaşlı əzələsində zədə aşkarlanıb.
Namiq HUN