Ağdam klubundan yeni hücumçu hədəfi
İdman
23.12.2025 14:29
“Qarabağ” klubu Belçikanın “Lyej” komandasının hücumçusu Umar Diufu transfer siyahısına daxil edib.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, Belçika mətbuatı Ağdam təmsilçisinin seneqallı forvard üçün qarşı tərəfə 1,2 milyon avro təzminat təklif etdiyini yazıb.
Lyej klubu bu təklifi qəbul etməyib. Məlumata görə, Belçika təmsilçisi 22 yaşlı hücumçu üçün 1,5 milyon avro tələb edir.
Forvardın adı Belçikanın “Gent”, “Brügge” klubları, Kiprin “Pafos” komandası, eləcə də adı açıqlanmayan bir İngiltərə Çempionşip təmsilçisi ilə də hallanır.
Qeyd edək ki, Umar Diuf cari mövsüm Belçikanın II Divizionunda 18 oyunda 8 qol vurub. Futbolçunun “Lyej” klubu ilə müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir.
Namiq HUN
tag: Qarabağ,Lyej,Umar Diufu,Transfer,Todaypress.tv,
“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırdı
06.12.2025
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” komandası ilə cavab gör...
Hücumçu geri döndü: Edin Ceko “Şalke”də
22.01.2026
Almaniyanın “Şalke” klubu bosniyalı hücumçu Edin Cekonun transferini rəsmən açıqlayıb. TodayPress TV xəbər verir ki...
“Real” heyətində ciddi dəyişikliklərə hazırlaşır
15.12.2025
“Real Madrid” klubu yay transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.TodayPress TV “Defe...
Cüdo millimiz Paris turnirində uğurlu start götürdü
07.02.2026
Azərbaycanın bir cüdoçusu Fransada keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.TodayPress TV xəbər verir...
Rocer Federer milyarder idmançılar siyahısına düşdü
23.08.2025
“Forbes” jurnalının açıqlamasına görə, 20 dəfə “Böyük Dəbilqə” qalibi olan İsveçrə tennisçisi Rocer Federerin sərvəti ve...
FIDE-dən Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət
12.11.2025
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlə...
"Qəbələ" - "Turan Tovuz" oyununun davamı sabah keçirilməyəcək
08.12.2025
Premyer Liqanın XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan "Qəbələ" - "Turan Tovuz" oyununun d...
Luka Modriç qərar verdi
12.06.2025
“Real Madrid”də çıxış edən xorvatiyalı ulduz yarımmüdafiəçi Luka Modriç, ABŞ-da keçiriləcək klublararası dünya çempionat...
Sürətin kraliçası: Femke Kok rekordla qızıl medalı qazandı
16.02.2026
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında niderlandlı konkisürən Femke Kok tarixi nailiyyət əldə edib. O, qadınla...
“Qarabağ” Kuaku ilə vidalaşdı – yeni ünvan Norveç
13.03.2026
“Qarabağ” klubu afrikalı futbolçu Kris Kuaku ilə yollarını ayırıb.TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər...
