“Ağ-qaralar” Əbu-Dabidə sınaqdan keçəcək
“Neftçi” klubu qış hazırlığı üçün Birləşmiş Ərəb Əmirliklərini məkan seçib.
TodayPress TV xəbər verir ki, “ağ-qaralar” qış təlim-məşq toplanışına yanvarın ilk günlərində Əbu-Dabi şəhərində başlayacaq.
Paytaxt təmsilçisi hazırlıq prosesi çərçivəsində üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Məlumata görə, “Neftçi”nin rəqiblərindən biri Qazaxıstanın UEFA Çempionlar Liqası təmsilçisi “Kayrat” klubu olacaq.
Namiq HUN