41 yaşında zirvədə: Ronaldu final üçün hazırdır!

41 yaşında zirvədə: Ronaldu final üçün hazırdır!
23.04.2026 11:26 İdman

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2025/2026-cı illər mövsümü üzrə AFK Çempionlar Liqası 2 finalına yüksəlməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi yarımfinal görüşündə Qətərin “Əl-Əhli” Doha klubunu 5:1 hesabı ilə darmadağın edib. 

Ronaldo bu oyunda 78 dəqiqə meydanda olsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

“Komandamla fəxr edirəm. Final bizi gözləyir!” – deyə Ronaldu X sosial şəbəkəsində yazıb.

“Əl-Nəsr” mayın 16-da keçiriləcək AFK Çempionlar Liqası 2 finalında  Yaponiya təmsilçisi “Qamba Osaka” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm bütün turnirlərdə “Əl-Nəsr”in heyətində 31 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər