3x3 qadın millimiz Buxarest mərhələsinin finalına qaldı
13 iyul 3x3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Buxarest mərhələsinin 1/2 final oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, onlar yerli "Rapid Buxarest" klubuna 21:18 hesabı ilə qalib gəlib və adını finala yazdırıb.
Qeyd edək ki, finalda qızlarımızın rəqibi "Seattle" klubu olacaq.