26 ildən sonra ilk məğlubiyyət

İdman

25.12.2025 16:10

52 yaşlı boksçu İke İbeabuçi karyerasında ilk məğlubiyyətini yaşayıb. 

TodayPress TV xəbər verir ki, 25 dekabr tarixində Nigeriyada boks gecəsi çərçivəsində keçmiş WBC International kəmərinin sahibi, ağır çəkidə çıxış edən nigeriyalı boksçu İke İbeabuçi ilə 45 yaşlı həmvətəni Kabiru Tovolavi arasında döyüş baş tutub.

12 raund davam edən döyüş hakimlərin yekdil qərarı ilə (117:111, 115:114, 115:113) Kabiru Tovolavinin qələbəsi ilə başa çatıb. Bu nəticə İbeabuçi üçün peşəkar karyerasında ilk məğlubiyyət olub.

Qeyd edək ki, Ayke İbeabuçi indiyədək 16-sı nokautla olmaqla 21 qələbə qazanıb. 1999-cu ildə boksçuya qarşı zorlamada ittiham irəli sürülüb və o, 16 il həbsxanada qalıb. Nigeriyalı idmançı 2015-ci ilin dekabrında azadlığa buraxılıb.

Namiq HUN

TodayPress TV

tag: İke İbeabuçi,Karyera,Məğlubiyyət,Boks,Todaypress.tv,