2021-ci ilin kabusu təkrarlandı: Bottas yenə təkər problemini yaşadı!

2021-ci ilin kabusu təkrarlandı: Bottas yenə təkər problemini yaşadı!
10.11.2026 14:58 İdman

“Kadillak” komandasına Valtteri Bottasın San-Paulu şəhərindəki Braziliya Qran-prisində problemli qayka səbəbindən start götürə bilməməsindən sonra sağ arxa təkəri maşından çıxarmaq üçün təxminən altı saat lazım olub. 

TodayPress TV xəbər verir ki, bu barədə komandanın “X” sosial şəbəkəsindəki fan-akauntu məlumat yayıb.

Gözlənilən yarışın əvvəlində mexaniklər təkər dəstini dəyişməyə çalışıblar, lakin sağ arxa təkərin qaykasını açmaq mümkün olmayıb. “Kadillak”da izah ediblər ki, yiv zədələnib və nəticədə qaykanın tilləri sıyrılıb. Buna görə də Bottas yarışa qatıla bilməyib.

Hadisə fin pilotun “Mercedes”də çıxış etdiyi 2021-ci il Monako Qran-prisindəki epizodu xatırladıb. Həmin vaxt qaykaaçanın nasazlığı səbəbindən mexaniklər pit-stop zamanı onun maşınındakı sağ ön təkəri çıxara bilməmişdilər. Bottas mübarizəni dayandırmışdı, komandanın Breklidəki bazasında isə təkərin çıxarılmasına təxminən 43 saat vaxt sərf olunmuşdu.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər