Xaçmazda ağır qəza - Sürücü öldü

Xaçmazda ağır qəza - Sürücü öldü
15.07.2025 07:35 Hadisə

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, ”KamAz" markalı yük avtomobili "Çənlibel" parkının qarşısında idarəetməni itirərək arkaya çırpılıb.

Nəticədə ağır xəsarətlər alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün kimliyi dəqiqləşdirilir.

Hazırda fakt araşdırılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər