İstefa gözlənilən yerdə dəstək gəldi: De Zerbi üçün şans pəncərəsi!

İstefa gözlənilən yerdə dəstək gəldi: De Zerbi üçün şans pəncərəsi!
12.10.2026 09:38 İdman

“Tottenhem” klubunun rəhbərliyi mövsümə uğursuz start verməsinə baxmayaraq, baş məşqçi Roberto De Zerbini istefaya göndərməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

London təmsilçisi ilk altı matçda qələbə qazanmasa da, klub rəhbərliyi italyan mütəxəssisə etimad göstərməyə davam edir. 

Rəhbərlik hesab edir ki, De Zerbi uzunmüddətli layihənin həyata keçirilməsi üçün ideal məşqçidir. Onlar yenilənmiş heyətin bir-birinə uyğunlaşması və komandanın oyun keyfiyyətinin yaxşılaşması üçün mütəxəssisə vaxt verilməsini vacib sayırlar. Eyni zamanda, rəhbərlik italyan çalışdırıcının öz istəyi ilə komandanı tərk edəcəyindən də narahat deyil. 

Məşqçinin mövqeyini gücləndirən əsas amillərdən biri də klubun yay transfer pəncərəsində etdiyi əhəmiyyətli xərclərdir. Rəhbərlik ümid edir ki, De Zerbi gücləndirilmiş heyətlə işləmək və öz taktiki ideyalarını reallaşdırmaq üçün kifayət qədər vaxt qazanacaq. 

Xatırladaq ki, De Zerbi ötən mövsümün sonunda - komandanın İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə apardığı bir dövrdə “Tottenhem”in sükanı arxasına keçmişdi və londonluları elitada saxlamağı bacarmışdı. Lakin cari mövsümdə “mahmızlar” ilk 6 turdan sonra cəmi 3 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində - aşağı liqaya düşmə zonasında qərarlaşıblar.


Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər