Sumqayıtda zavodlarda tüstülənmə oldu

Sumqayıtda zavodlarda tüstülənmə oldu
12.07.2025 22:15 Hadisə

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Azərikimya” İB-dən məlumat verilib.

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər