Şirvanda narkokuryerlik edən şəxs saxlanıldı

Şirvanda narkokuryerlik edən şəxs saxlanıldı
11.07.2025 11:02 Hadisə

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb. 

Bu barədə TodayPress TV-yə DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər