Şirvanda avtomobil piyadanı vurdu
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
TodayPress TV-nin məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib. "VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.