Qaxda ağır qəza: 5 gəncin olduğu avtomobildə faciə
Qaxda ölümlə nəticələnən
ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV APA-ya istinadən məlumat verir ki, hadisə
gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb.
Kamran Məmmədovun idarə
etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Qəza nəticəsində
avtomobildə olan 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb. Digər sərnişinlər – 16
yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və
18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.