Professor Mirzə Qurbanov vəfat etdi

Professor Mirzə Qurbanov vəfat etdi
10.07.2025 22:20 Hadisə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

TodayPress TV xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.

O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

1985-ci ildə “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru professor adını alıb.

2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.

2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb. M.Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.

M.Qurbanovun və mərhum yoldaşı Məfkurə xanımın 2 övladı, 4 nəvəsi yadigar qalıb.

Elm və təhsil sahəsindəki xidmətləri ilə tanınan, səmimiyyəti, qayğıkeşliyi və nəcibliyi ilə də fərqlənən M.Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!


XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər