Mingəçevirdə evdən meyit tapıldı
Mingəçevirdə evdən kişi meyiti aşķarlanıb.
TodayPress TV ”Unikal”a istinadən bildirir ki, hadisə İslam İslamzadə küçəsi 25/6 ünvanında yerləşən fərdi həyət evində aşkarlanıb.
1960-cı il təvəllüdlü Dünyamin Qasımov həmin evdə ölmüş vəziyyətdə aşkar edilib.
Məlumata görə, meyiti aşkarlanan şəxs həmin ünvanda yaşayıb.
Faktla bağlı araşdırma aparılır.