Lənkəranda ferma yandı

Lənkəranda ferma yandı
14.07.2025 23:10 Hadisə

Lənkəranda iş adamına məxsus ferma yanıb.

TodayPress TV- nin xəbərinə görə yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədvaəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər