Köməksiz qalan 69 yaşlı vətəndaş xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər.