Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı
Sentyabrın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.