Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanıldı
İyulun 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.