Bərdədə yol qəzasında kuryer xəsarət aldı

Bərdədə yol qəzasında kuryer xəsarət aldı
25.09.2025 23:50 Hadisə

Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-dən TodayPress TV-yə verilən məlumatda bildirilib ki, Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs 25.09.2025-ci il tarixində saat 19:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə ilkin olaraq üst dodağın əzilmiş yarası, sağ said nahiyəsinin sıyrılmış yarası, belin küt travması diaqnozları təyin olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər