Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
10.07.2025 11:59 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

İyulun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 29 patron darağı və 880 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər