Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
08.07.2025 10:23 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

İyulun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər