Avtobusla minik maşını toqquşdu: Sürücü öldü
Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol qəzası olub.
TodayPress TV xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.
Nəticədə E.Qədimov
müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin
səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.