23 yaşlı gənc sirkə turşusundan zəhərləndı

23 yaşlı gənc sirkə turşusundan zəhərləndı
13.07.2025 01:45 Hadisə

Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər